Xəbər verdiyimiz kimi Sumqayıt şəhərinin H.Z.Tağıyev qəsəbəsində 22 yaşlı Səbinə İsmayılova yeni dünyaya gətirdiyi oğlan uşağını anası 56 yaşlı anası Nigar Salmanova ilə birlikdə öldürərək həmin qəsəbədə yerləşən qəbiristanlıqda basdırıb.
Unikal.org həmin qəbirstanlıqda yeni dünyaya gələn oğlanın basdırıldığı yerin görüntülərini əldə edib. Körpənin meyiti basdırıldığı yerdən çıxarılaraq ekspertizaya aparılıb.
Bu arada "Qafqazinfonun yaydığı məlumata görə, hadisə iki gün əvvəl olub.
Ailənin yaxınlarının sözlərinə, körpə iki ay yarımlıq imiş:
"Ananın çəkisi çoxdur. Ona görə də, yatdığı yerdə körpə onun altında qalaraq ölüb. Ana qorxuya düşüb və heç kimə demədən onu qəbiristanlıqda basdırıb. Dünən qəbiristanlığın işçiləri bunu görüblər. Bu zaman polisə məlumat verilib. Ana saxlanılmayıb, çünki öldürülmə faktı yoxdur.
Ramil