Bakı Ağır Cinayətlər Məhkəməsində insan alverində təqsirləndirilən Təranə Muradovanın məhkəməsi başa çatıb.

Unikal.org trend-ə istinadən məlumatlna görə, hakim Mirzə Xankişiyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxə hökm oxunub.

Məhkəmənin hökmü ilə T.Muradova barəsində 3 il şərti cəza təyin edilib və o məhkəmə zalından azadlığa buraxılıb.

İttihama görə, Daxili İşlər Nazirliyi İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsi əməkdaşları tərəfindən 2018-ci il fevralın 26-da keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində 1981-ci il təvəllüdlü, Bakı şəhər sakini Muradova Təranə Əli qızının ölkə vətəndaşları olan qadınları Türkiyəyə aparıb insan alverinə məruz qoyması faktı müəyyən edilib.

Təranə Muradova əvvəllər qadın alverinə görə polis tərəfindən tutulub. Müğənniliklə məşğul olan Təranə Muradova bir neçə il əvvəl "Azəristar mahnı yarışmasında iştirak edib.