Oktyabrın 27-də səhər saatlarında şəhər sakini Səxavət Hüseynovun sağ qabırğanın alt nahiyyəsindən aldığı xəsarətlə Quba Rayon Mərkəzi Xəstəxanasına gətirilməsi barədə Rayon Polis Şöbəsinə məlumat daxil olub. 

DİN Mətbuat Xidmətinin Quba regional qrupundan unikal.org-a verilən məlumata görə, xəstə dərhal əməliyyat olunub.

Polis əməkdaşlarının "isti izlərlə keçirdikləri təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri nəticəsində əvvəllər məhkum olunmuş Bəhram Cəfərov şübhəli şəxs qismində saxlanılıb. O, araşdırma zamanı törətdiyi əməli etiraf edərək, S.Hüseynova aralarında yaranmış mübahisə zəminində bıçaqla xəsarət yetirdiyini bildirib.

Faktla bağlı araşdırmalar aparılır.