Sumqayıt şəhəri H.Zeynalabdin Tağıyev qəsəbəsində gənc ana öz körpəsini öldürüb.

Unikal.org-un Xəzər TV-yə istinadən məlumatına görə, 22 yaşlı Səbinə İsmayılova qeyri-rəsmi nikahda yaşadığı şəxsdən hamilə qalıb.

Daha sonra həmin şəxs onunla əlaqəni kəsib. Oğlandan ayrılandan sonra uşaq dünyaya gətirən Səbinə, anası - 56 yaşlı Nigar Salmanovanın təkidi ilə övladını öldürmək qərarına gəlib.

Sonradan onların bu çirkin əməlini qəbiristanlıqda nəzarətçi işləyən şəxs bilib. O, dərhal hadisə ilə bağlı ərazi üzrə Sumqayıt şəhər Polis İdarəsinin 2-ci polis bölməsinə məlumat verib.

Fakt təsdiqini tapan kimi, körpə basdırıldığı yerdən çıxarılaraq ekspertiza üçün Sumqayıt şəhər morquna göndərilib.

Hazırda Səbinə İsmayılova saxlanılıb.

Faktla bağlı şəhər prokurorluğunda araşdırma aparılır.