Lənkəranda evdən oğurluq edən 3 nəfər saxlanılıb.

DİN-dən Unikal.org-a verilən məlumata görə, Kriminalistik Tədqiqatlar İdarəsi və Lənkəran ŞRPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisindəki evlərin birindən 1200 manat pul oğurlamaqda şübhəli bilinən şəhər sakinləri Elvin Cəbrayılov, Şəhriyar Şükriyev və əvvəllər məhkum olunmuş Elçin Hüseynov saxlanılıblar.