Nərimanov Rayon Məhkəməsində Cəlilabad rayonunda kriminal aləmdə "Şahin" kimi tanınan rayon sakini Şahin Həsənov, onun qardaşı Səxavət Həsənov və İlqar Həsənovun barəsində seçilmiş həbs qətimkan tədbirinin uzadılması ilə bağlı istintaq orqanının təqdimata baxılıb.
Unikal.org report-a istinadən bildirir ki, hakimGültəkin Əsədovanınsədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.
Qərara əsasən, istintaq orqanının təqdimatı təmin edilib. Hər üç şəxsin həbs müddəti daha 3 ay artırılıb.
Qeyd edək ki, silahlı insident iyunun 7-də Cəlilabad rayon sakinləri arasında baş verib. Naməlum şəxslər Cəlilabad şəhər sakini Ş.Həsənovun yaşadığı evin qarşısına gələrək odlu silahdan giriş qapısına və divarlarına atəş açıb və hadisə yerindən qaçaraq uzaqlaşıblar.