Almaniyanın paytaxtı Berlində qondarma erməni soyqırımının parlamentdə müzakirəyə çıxarılmasına etiraz olaraq nümayiş keçirilib.
Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, nümayiş Berlin Türk Birliyi (TGB), Avropalı Türk Demokratlar Birliyi (UETD), Avropa Atatürkçü Düşüncə Dərnəkləri və 20-ə yaxın təşkilatın iştirakı ilə Hamburq, Hannover, Frankfurt, Köln şəhərlərində təşkil olunub.
1500-dən artıq türk "Bundestaq qərar verə bilməz", "Parlament məhkəmə deyil" şüarları səsləndiriblər.
Xatırladaq ki, iyunun 2-də Federal Məclis qondarma erməni soyqırımı qanun layihəsini səsverməyə çıxaracaq.