Bakıda qadının yaşadığı evdən tüfəng və patron aşkar edilərək götürülüb.
Bu barədə Unikal.org-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.
Hadisə paytaxtın Xəzər rayonu ərazisində baş verib. Belə ki, Xəzər Rayon Polis İdarəsinin 1-ci Polis Şöbəsi və DİN-in Əlahiddə Çevik Polis Alayı əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat tədbirləri nəticəsində Qala qəsəbəsi ərazisində yaşayan Selvina Cavadvendinin evinə baxış zamanı markası və nömrəsi silinən, habelə lüləsi və qundağı kəsilən tüfəng və 4 ədəd patron aşkar edilərək götürülüb.