Azərbaycandan cəmi bir ay əvvəl Moskvaya bazarda alver etmək üçün gedən və dalbadal soyğunçuuq, quldurluq əməlləri törədən, nəhayət liftdə qadını xüsusi amansızlıqla öldürən Rövşən Şabanov ötən gün barəsində həbs qətimkan tədbirinin seçilməsi üçün məhkəməyə çıxarılıb.
Unikal.org virtualaz.org-a istinadən xəbər verir ki, 27 yaşlı R.Şabanovun barəsində Kuntsevsk rayon məhkəməsi tərəfindən 2 aylıq həbs qətimkan tədbiri seçilib.
REN TV-nin reportajına əsasən R.Şabanov məhkəməyə çıxarılarkən olduqca sakit davranıb, halını pozmayıb. Dəmir barmaqlıqlar arxasına salınandan sonra vəkil tərcüməçinin köməyi ilə ona protokol xarakterli bəzi suallar verib. R.Şabanovdan məhkəmə tərkibinə etiraz edib-etmədiyi haqda soruşublar. Moskvanı lərzəyə salan və "lift manyakı" adı alan Azərbaycan vətəndaşı "Etiraz etmirəm" deyib. Daha sonra o, tərcüməçidən su istəyib: "Su istəyirəm, xahiş edirəm mənə su verin".
Məhkəmədə elan edilib ki, R.Şabanov Moskvaya törətdiyi səs-küylü qətldən cəmi 4 gün əvvəl-noyabrın 2-də gəlib. Buna baxmayaraq 4 gün ərzində 6 soyğunçuluq cinayəti törədib. Məhkəmədə Şabanovun Azərbaycanda polis orqanlarrında işlədiyi, təxminən 1 ay əvvəl işdən çıxdığı, yaxud çıxarıldığı da aydınlaşıb. İşdən çıxandan sonra bazarda alver etmək adı ilə Moskvaya gedib. Orada kirayə mənzildə məskunlaşıb, qeydiyyata düşməyib və oktyabr ayında gənc qadına soyğunçuluq məqsədi ilə hücum edib, onu bıçaqla yaralayıb və pulunu aparıb. Polis onun izinə düşüb, qaldığı yeri müəyyən edib və güdməyə başlayıb. Amma R.Şabanov Azərbaycana qayıdıb, noyabrın əvvəllərində yenidən geri dönüb və bu dəfə başqa ünvanda kirayə ev tutub. O, noyabrın 5-dən 6-na keçən gecə liftdə qadına hücum çəkib və pul tələb edib. Qadın müqavimət göstərəndə dəfələrlə bıçaqlayaraq öldürüb.
Şabanov bu qətldən sonra da soyğunçuluq əməllərinə davam edib. Şoloxov küçəsindəki binalardan birində liftə daxil olan gənc qadına-hüquq şirkətinin əməkdaşına hücum çəkib. Amma qadın müqavimət göstərib və divardan poçt qutusunu götürərək onun başına çırpıb. Şabanov özünə gələnə qədər qadın qaçmaq istəyib, amma cinayətkar onun çantasını alaraq küçəyə qaçıb. Cəsur qadın cinayətkarın dalınca qaçaraq gödəkçəsindən tuta bilib, amma yıxılıb. Bu vaxt polislər köməyə gəliblər və Şabanovu yaxalayıblar.
Məhkəmədə açıqlanıb ki, Şabanov quldur hücumları nəticəsində cəmi 85 min rubl mənimsəyib.
Hüquq-mühafizə orqanları qətlin baş verdiyi binanın liftinə cavabdeh olan dispetçerin barəsində də təhqiqata başlayıb. Belə ki, R.Şabanov Sankt-Peterburq sakini olan və Moskvada əczaçılıq şirkətində işləyən 52 yaşlı qadına hücum çəkərkən o qışqıraraq kömək istəyib. Liftdəki mikrafonun köməyi ilə dispetçeri köməyə çağırıb, ondan polis çağırmağı istəyib. Dispetçer liftdəki dəhşətli qışqırıq səslərini dinləyib, daha sonra sərnişinə həqiqətənmi polis lazım olduğunu soruşub. Amma cavab gəlməyib. Və dispetçer hesab edib ki, belə olan halda polis çağırmağa ehtiyac yoxdur.
Manyak-qatil isə öldürdüyü qadının cəsədi ilə liftdə 9 dəqiqə qalıb, qadının pulunu və qiymətli əşyalarını götürdükdən sonra cəsədlə birlikdə lifti aşağı endirib və binanı tərk edib.
KİV-lər qadının liftdəki qışqırıq səslərini və dispetçerin danışığını da yayıblar. Səs yazısından məlum olur ki, qadın ona hücum çəkən Şabanova yalvarır, "hamısını götür, məni öldürmə" deyir.