Araşdırmaçı-jurnalist Cavanşir Həsənli özünün facebook səhifəsində iddia edib ki, Londonda sabiq rabitə və informasiya te xnologiyaları naziri Əli Abbasovun oğlu Eldar Abbasova məxsus malikanə var. Bildirir ki, onun təsis etdiyi BİTTOP LİMİTED şirkəti bu ilin aprelin 28-də Londonda qeydiyyatdan keçib və 11334512 saylı şəhadətnamə alıb. BİTTOP LİMİTED məlumatın işlənilməsi (data prosessing), hosting və s. müvafiq fəaliyyətlərlə məşğuldur.
Unikal.org xəbər verir ki, sabiq nazirin oğlu Eldar Abbasov yayılan məlumatla bağlı sosial şəbəkədə məlumat verib. Bildirib ki, haqqında yazılan xəbər həqiqətə uyğun deyil:
"Yazını oxudum. İctimaiyyətə yalan və həqiqətə uyğun olmayan məlumatlar verirsiniz. Bina şəkili qoyub, iddia edirsiniz ki, bu mənə məxsusdur. Sizin bu araşdırmacı jurnalistinizin ümumi korporatov savadsızlığıdır ki, şirkətin qeydiyyat ünvanının hökmən direktorun mülkiyyəti olduğunu düşünür.
Bu adres £29 qarşılığında istifadə oluna bilən, qeydiyyat ünvanıdır. Buyurun baxın https://www.yourcompanyformations.co.uk/address/registered-office/
Sualınız varsa və düzgün xəbər bölüşmək niyyətiniz olsa buyurun əlaqə saxlayın".