Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirinin müavini İlqar Rəhimov vəzifəsindən azad edilib.

Unikal.org-un əldə etdiyi məlumata görə, İlqar Rəhimov 10 gündür tutduğu vəzifədən kənarlaşdırılıb.

Qeyd edək ki, İ.Rəhimov 1999-cu ildən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirinin I müavini vəzifəsində çalışıb. 1999-cu ildən Azərbaycan Milli Paralimpiya Komitəsinin Prezidenti olub.

Hüseyn İsgəndərov