"Bir çox bələdiyyələrin Dövlət Sosial Müdafiə Fonduna olan borclarına görə hesabları bağlıdır. Ona görə də onlara nə pul gəlir, nə də istifadə edirlər. Hesaba pul daxil olan kimi silinir.
Unikal.org xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında 2019-cu il dövlət büdcəsi layihəsinin müzakirəsi zamanı parlamentin Regional məsələlər komitəsinin sədri Arif Rəhimzadə deyib.
Komitə sədri qeyd edib ki, bu məsələ dotasiya hesabına həll olunarsa, bələdiyyələrin fəaliyyətində yaxşı dönüş yaradılar: "İmkanları məhdud olan bələdiyyələrin borclarını silmək lazımdır. Bu həm də gələcək inkişaf üçün şərait yaradır.