Uşaqlarla, uşaq pulları ilə bağlı məsələ artıq həllini tapmalıdır. Başqa yerdə bu var və yoxdur, bunun bizim üçün elə bir əhəmiyyəti qalmır. Biz özümüz bu məsələni həll etməliyik. Həll etməliyik ki, uşaq xəstə, şikəst, əlil olmasın.
Unikal.org xəbər verir ki, bunun deputat Fazil Mustafa parlamentdə büdcə müzakirələrində deyib.
"Hökumət hətta, naturallıq yolu ilə də bunu edə bilər, yəni, qida, ərzaq şəklində də kömək etmək olar. Hökumət bu məsələni həll etməlidir.
F. Mustafa həmçinin Bakıda nəqliyyat probleminə də toxunub. O bildirib ki, burada ciddi problem yaşanır:
"Bu problemi aradan qaldırmaq üçün metro çəkilməlidir. Bu gün milyonlarla adam metrodakı havasızlıqdan əziyyət çəkir. Gərək bir milyon insan havasızlıqdan boğulsun ki, bu sahəyə vəsait ayrılsın və metro tikintisi sürətləndirilsin?!.