"İslahatlar aparaq, işimizi daha səmərəli quraraq, mənfəəti artıraraq, büdcəyə daxil olan vəsaitləri artıraraq, problemləri daha əlverişli və səmərəli şəkildə həll edə bilərik. Ancaq hansısa sahəyə ayrılan vəsaitin artırılması ilə bağlı danışarkən mənbəyini də göstərin. Addım atmaq, hərəkət etmək lazımdır.
Danışılanlardan belə çıxır ki, biz deputatlar milləti sevirik, hökumət nümayəndələri isə yox. Birinci deyin görüm pulu artırmaq üçün neçə milyard vəsait lazımdır. Gəlin bu nöqteyi-nəzərdən çıxış edək. Mənbəyini bilirsinizsə, bizlə və hökumət nümayəndələri ilə də bölüşün.
Unikal.org-un məlumatına görə, bunu parlamentin iclasında Milli Məclisin vitse-spikeri Valeh Ələsgərov deyib.
Deputat Fəzail Ağamalının çıxışına münasibətini bildirən vitse-spiker bildirib:
"Məmurların mülklərinin satılmasının hüquqi yolunu bilirsinizsə, o zaman deyin. Yazın verin hökumətə, qoy etsinlər. Sonra da tələb edin.
Fəzail Ağamalı vitse-spikerə cavab olaraq söz haqqı istəsə də, spiker Oqtay Əsədov məsələyə müdaxilə edərək deyib:
"Fəzail müəllim, siz danışdınız biz qulaq asdıq. Eşitməyi bacarın.