Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qəsdən sağlamlığa ağır zərər vurmaqda təqsirləndirilən 2003-cü il təvəllüdlü Əli Qasımovun (ad və soyad şərtidir) cinayət işi üzrə növbəti məhkəmə iclası başa çatıb.
Unikal.org-un report-a istinadən xəbərinə görə, hakim Novruz Kərimovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Məhkəmənin hökmü ilə ona şərti cəza verilib. Ə.Qasımov məhkəmə zalında azadlığa buraxılıb.
Xatırladaq ki, prokuror çıxışında onun 3 il müddətinə azadlıqdan məhrum edilməsini istəmişdi.
İttiham aktına əsasən, Bakı şəhərində yaşayan Ə.Qasımovun valideynləri ayrılıb. O, atası ilə əlbəyaxa dava edən anasının tanışı Qurban Qarayevin kürək nahiyəsindən bir neçə zərbə endirib.
Belə ki, Q.Qarayev hadisə günü Ə.Qasımovun anasının yaşadığı evə gəlib. Bu zaman Ə.Qasımovun atası da evdə olub. Həmin şəxslərin aralarında mübahisə yaranıb.
Məhkəmədə sərbəst ifadə verən Ə.Qasımov əməlini etiraf edib və özünü təqsirli bilib.
Qeyd edək ki, 15 yaşlı Ə.Qasımovun barəsində Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə ittiham irəli sürülüb.