Xərçəng xəstəliklərindən özümüzü necə qoruya bilərik?
Ümumdünya Səhiyyə Təşkilatının xərçəngin araşdırılması ilə məşğul olan Beynəlxalq agentliyinin (IARC) tövsiyələrini sizə təqdim edirik:
1. Siqaret çəkməyin. Bu ziyanlı vərdiş 70-90% hallarda ağciyər və udlaq xərçənginə səbəb olur.
2. Çəkinizi normada saxlayın. Piylənmənin düz və yoğun bağırsaq, mədəaltı vəzi və süd vəziləri xərçəngi ilə əlaqəsi təsdiq olunub.
3. Fiziki aktiv olun. Oturaq həyat tərzi sürənlərdə onkoloji xəstəliklər daha tez-tez təsadüf edilir.
4. Sağlam qidalanın. Emal olunmuş ətin (sosis, kolbasa, vetçina) az miqdarda olsa da gündəlik istehlakı düz və yoğun bağırsağın xərçənginin riskini 18% artırır.
Unikal.org saglamolun.az-a istinadən bildirir ki, tərkibində güclü kanserogen "benzapiren" olan hisə verilmiş qidaların çoxlu miqdarda istehlakı mədə, bağırsaq, mədəaltı vəzi xərçənginin inkişafına səbəb ola bilər.
5. Spirtli içkilərdən imtina edin. Spirtli içkilərin istehlakı mədə, qaraciyər, udlaq xərçənginin riskini artırır.
6. Açıq gün şüalarının altında çox qalmayın. Bu dəri xərçənginə səbəb ola bilər. Mütəxəssislər 15-30 dəqiqədən çox "zaqar" etməyi tövsiyə etmirlər.
7. Mənzillərdə radonun səviyyəsinə nəzarət edin. Ağciyər xərçənginin riskini artıran bu güclü kanserogen evlərimizə torpaqdan daxil olur. Radon qazdır, çöldə yayılır və insanın sağlamlığı üçün təhlükə yaratmır. Lakin bağlı yerlərdə bu qaz yığılır və insan orqanizmi üçün təhlükə yaratmağa başlayır.
Zirzəmilərdə və binaların 1-ci mərtəbələrində radonun səviyyəsi ən yüksək həddədir. 3-cü mərtəbədən yuxarıda isə onun konsentrasiyası cuzidir.
Mütəxəssislər radonun səviyyəsini azaltmaq üçün evlərin havasını tez-tez dəyişməyi tövsiyə edirlər.