"Bakı Metropoliteni Qapalı Səhmdar Cəmiyyəti (QSC) Sağlamlıq, əməyin təhlükəsizliyi və ətraf mühitin mühafizəsi şöbəsinə mühəndis-ekoloq vəzifəsi üzrə işə qəbul elan edir.
QSC-dən Unikal.org-a verilən məlumata görə, müraciət etmək istəyən iddiaçılara əsas tələblər aşağıdakı kimidir:
Tələblər:
-¢ Ali təhsil (tələb olunan sahə üzrə);
-¢ Yaş: 25-45;
-¢ 3 ildən yuxarı iş təcrübəsi;
-¢ Hərbi mükəlləfiyyətli;
-¢ Rus və ingilis dilini sənədləşmə səviyyəsində bilməli;
-¢ "Microsoft Office" proqramlarını istifadəçi səviyyəsində bilməli;
-¢ İstehsalat və tikinti sahələrində ətraf mühitin mühafizəsi normalarını tələblərə əsasən idarə olunmasını bilməli;
-¢ dürüst və analitik düşünmə bacarığı olmalıdır.
Vəzifə öhdəlikləri:
-¢ Ekoloji hesabatların hazırlanması və rəhbərliyə təqdim edilməsi ;
-¢ Təhqiqat və monitorinqlərin aparılması;
-¢ İstehsalat proseslərinin ətraf mühitə etdiyi təsirləri azaltmaq üçün tədbirlərin görülməsi;
-¢ Həyata keçirilən ətraf mühit proqramlarının effektivliyinin yoxlanılması;
-¢ Ekoloji pozuntuların müəyyənləşdirilməsi və həll edilməsi;
-¢ Mikroiqlim laboratoriyasının işinə nəzarət etməsi;
-¢ Ətraf mühitin sağlamlığı və təhlükəsizliyi prosedurlarına dair işçilərin mütəmadi şəkildə məlumatlandırılması
-¢ Qeydlər və sənədləşmə işlərinin aparılması, müəyyən olunmuş müdddətdə hesabatların tərtib edilməsi.
İş rejimi: 09:00-18:00
İddiaçılar "Bakı Metropoliteni Qapalı Səhmdar Cəmiyyətinin rəsmi veb-səhifəsinin "Karyera və əməkdaşlıq bölməsinə daxil olub "Bizdə iş yarımbölməsində elektron müraciət formasını doldurmalıdırlar.