Azərbaycan Dillər Universitetində (ADU) dahi Məhəmməd Füzulinin "Leyli və Məcnun poemasının motivləri əsasında yazılmış unudulmaz bəstəkar Üzeyir Hacıbəylinin eyniadlı operası səhnələşdirilib.

Unikal.org xəbər verir ki, ADU-nun Tələbə Gənclər Təşkilatı (TGT) və Tələbə Həmkarlar Təşkilatının (THT) birgə dəstəyi ilə həyata keçirilən tamaşanın bədii rəhbəri və quruluşçu rejissoru Tərcümə və mədəniyyətşünaslıq fakültəsinin tələbəsi Salman Quliyevdir.

Tamaşada baş rolları Təhsil fakültəsinin tələbələri Aysel Hacıyeva (Leyli) və Murad Əliyev (Məcnun) ifa ediblər. İbn Səlam obrazını Tərcümə və mədəniyyətşünaslıq fakültəsinin tələbəsi Salman Quliyev, Leylinin anasını Təhsil fakültəsinin tələbəsi Ramilə Musazadə canlandırıb.

Qeyd edək ki, Üzeyir Hacıbəylinin 1908-ci il yanvarın 25-də ilk dəfə nümayiş olunan "Leyli və Məcnun" operası Azərbaycan musiqi mədəniyyəti tarixində yeni bir dövr açaraq müsəlman Şərqində opera janrının əsasını qoyub.