Masallı sakinindən narkotik vasitə götürülüb.
Masallı Rayon Polis Şöbəsinin əməkdaşlarına Köçəkli kənd sakininin həyətyanı sahəsində narkotik vasitə olan çətənə kolu əkib-becərməsi barədə müraciət daxil olub. Dərhal əməliyyat həyata keçirən polis əməkdaşları kənd sakini 1971-ci il təvəllüdlü İntiqam Teyyub oğlu Axundovun həyətyanı sahəsində hündürlüyü təxminən 1.60 metr, çəkisi təxminən 10 kiloqram olan çətənə kolu aşkar edərək götürüblər.
Həmin vasitələrin aqrotexniki qaydada becərildiyi məlum olub.
Polis əməkdaşları İntiqam Axundovu şübhəli şəxs qismində saxlayaraq istintaqa cəlb ediblər. Onun barəsində cinayət işi açılıb və barəsində həbs-qətimkan tədbiri seçilib.
Bildirilib ki, saxlanılan İntiqam Axundov bundan əvvəl də 17 il məhkumluq həyatı yaşayıb.
Faktla bağlı araşdırmalar davam etdirilir.(anspress)