Naxçıvanda qarın yağması hava limanında aviareyslərinin uçuşuna ciddi təsir edib.
Unikal.org xəbər verir ki, qarın yağması Bakı-Naxçıvan və Naxçıvan-Bakı istiqamətində təyyarələrin uçuşunda ciddi gecikmələrin yaranmasına səbəb olub. Bakıdan Naxçıvana uçan sərnişinlərdən biri bildirib ki, 2 saatdı təyyarədə oturmuşuq: "Hazırda hava şəraiti ilə bağlı Naxçıvan hava limanı təyyarələri qəbul edə bilmir. 2 saatdı təyyarədə oturmuşuq.
Xatırladaq ki, noyabrın 25-də səhər saatlarından başlayan qar Naxçıvanda dağlıq və dağətəyi ərazilərində yerləşən yaşayış məntəqələrində davam edib. Hazırda muxtar respublikanın ərazisində soyuq və yağıntılı hava şəraiti hökm sürməkdədir.