Şahdağ Milli Parkının İsmayıllı bölməsinin Basqal meşəbəyliyinin 4 saylı dolayında adı Azərbaycan Respublikasının "Qırmızı Kitabına daxil edilmiş qonur ayını qanunsuz olaraq ovlayan şəxslər saxlanılıblar.
Unikal.org-un xəbərinə görə, bunlar İsmayıllı və Ağsu rayonlarının sakinləri Rasim Səfərov, Rahim Kazımov, Mühasib Nuriyev, Asəf Hacıyev, Nüsrət Səfərov və Səfər Səfərovdur.
Onlardan ov tüfəngləri və ayının dərisi aşkarlanıb.
Faktla bağlı cinayət işi açılıb.