Azərbaycan Turizm və Menecment Universitetinin (ATMU) Biznes İdarəçiliyi fakültəsi və Marketinq kafedrsaının təşkilatçılığı ilə ali təhsil müəssisəsində "İctimai elmlərdə tədqiqat metodları və elmi tədqiqat bazarlarında effektiv istifadə imkanları mövzusunda təlim-siminar keçirilib.

Unikal.org-un məlumatına görə, təlim-seminarda Bakı Mühəndislik Universitetinin elmi işlər üzrə prorektoru, eyni zamanda ATMU-nun Marketinq kafedrasının dosenti Elçin Süleymanov tədqiqat mövzusunun seçilməsi, ölkə əhəmiyyətli məqalələrin yazılıb jurnallara ünvanlanması, elmi tədqiqat bazalarında profilaçmanın faydalarından detallı danışıb.Azərbaycan universitetlərinin tədqiqat mərkəzlərində və müvafiq laboratoriyalarında aparılan araşdırmaların beynəlxalq elmi bazarlardakı mövcud vəziyyətinə münasibət sərgiləyib.

İctimai elmlərdə tədqiqat metodları və elmi tədqiqat bazarlarında effektiv istifadə imkanlarına həsr olunan ikigünlük təlim-seminarda "Web of Science Clarivate bazasından elmmetrik və Scopus verilənlər bazalarından effektiv istifadə, Google akademik hesabın açılması, elmi jurnalların indekslənmə sistemləri və elmmetrik göstəricilərin təhlili, İmpact faktorlu elmi jurnallarda məqalə standartları, təqdiqat problemlərinin qoyuluşunda başlıca amil göstəriciləri diqqətdə saxlanılmaqla, nəzəri-praktiki- siyasi əhəmiyyətindən bəhs edilib.