Əksər vətəndaşlar, düşünür ki, yol polisi tabe olmayan sürücünü və ya onun avtomobilini təqib edə - qova bilməz. Bəziləri isə başqa bir fikirdədir. Düşünürlər ki, şəhərdə müşahidə kameraları varsa bu qovma, təqib nəyə lazım? Hər iki halda qanun öz sözünü deyir. Və bu qanunlarımızda öz təsbitini tapıb.

Unikal.org
xəbər verir ki, ARB TV-nin "Günə doğru" proqramı mövzu ilə bağlı maraqlı süjet hazırlayıb.

Bu məsələ "Yol hərəkəti haqqında" qanunun 85-c maddəsində ətraflı şəkildə izah edilir.

Şəhərdəki kamera görüntüləri də bu kimi halların qarşısını almaqda məqbul vasitə sayılır. Amma həmin görüntü əsasında hansısa sürücünün ünvanından çağırılaq cərimələnməsində bəzi istisnalar var.

Polisdən o sürücü qaçır ki, sənədlərində şəxsi məlumatlarında hansısa səhv və ya problem var. Qaydaları bilən, sürücü mədəniyyəti formalaşan heç bir avtomobil sahibi bu hərəkətlərə yol vermir və verməz də. Amma qaçanı da qovarlar da.