Artıq bir neçə həftədir ki, Fransada əmək qanununda edilməsi gözlənilən dəyişikliklərlə bağlı aksiyalar davam edir.
Unikal.org lent.az-a istinadən bildirir ki, Normandiyanın Caen şəhərindəki aksiyaçılardan biri tam fərqli etirazla çıxış edib. O, çılpaq soyunaraq aksiyaya qatılıb. 2 min insanın qatıldığı aksiyaya polis tərəfindən gizli müdaxilə edilib və ardından etirazçıların bir qismi gözaltına alınıb.
Qanuna dəyişikliklərə etiraz əlaməti olaraq ölkədə artıq tətillər də başlayıb. Fransız hava yolu şirkəti "Air France"nin pilotları da tətil etmək qərarına gəlib.
Fransanın 6 neftayırma zavodunda hələ də tətillər davam etdirilir. Bununla bağlı ölkədə neft istehsalı olduqca azalıb.
Ölkənin şimalında yerləşən və Parisin enerji tələbini qarşılayan AL Havre petrol terminalında da işçilər bu həftə də tətilə davam edəcəklər.
Ölkə prezidenti Fransua Olland isə tətillərə rəğmən heç bir güzəşt edilməyəcəyini bildirib.