ABŞ Dövlət Departamenti Avropaya səfər etmək niyyətində olan ölkə vətəndaşlarına Polşa və Fransada terror təhlükəsinə dair xəbərdarlıq edib.
 
Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, söhbət Polşa iyulun sonunda qeyd olunacaq katolik Ümumdünya Gənclər Günü və Fransada iyunun 10-da başlayacaq futbol Avropa Çempionatının oyunları zamanı silahlılar tərəfindən törədilə biləcək terror aktlarından gedir.       
Məlumatda qeyd olunur ki, terrorçular mənfur əməllərinə məhz turistləri hədəf seçə bilər.
Qeyd edək ki, KİV-lər bundan əvvəl  İŞİD terrorçularının AVRO-2016 çərçivəsində keçiriləcək İngiltərə-Rusiya matçı ərəfəsində terror aktları törətməyi planlaşdırdığını bildiriblər.