Son günlərdə dövlət sərhədindən buraxılış məntəqələrində 5 şəxsin saxta sənədlərlə keçməsinin qarşısı alınıb.

Bu barədə Unikal.org-a Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən məlumat verilib.

Belə ki, Moskva-Bakı reysi ilə uçub gələn Pakistan vətəndaşı, 1989-cu il təvəllüdlü Anwar Johnynin Böyük Britaniyaya məxsus pasportun qis­mən saxta olması, Bakı-İstanbul reysi ilə uçub gedən Pakistan vətəndaşı, 1984-cü il təvəllüdlü İmran Saqibin İsveçə məxsus İD kartının tam saxta olması müəyyən olunub, Moskva-Bakı reysi ilə uçub gələn Özbəkistan vətəndaşı, 1993-cü il təvəllüdlü Zubaydiva Ziyodanın pasportunda tarix-ştampların, Erbil-Bakı reysi ilə uçub gələn Böyük Britaniya vətəndaşı 1984-cü il təvəllüdlü Swar Solav Moohammed Aminin isə pasportunun saxta olması müəyyən edilib. Araşdırma zamanı üzərindən ona məxsus İraq vətəndaşı, 1982-ci il təvəllüdlü Qahriya Sulaiman Husseinin adına olan pasport aşkar olunub, Dubay-Bakı reysi ilə uçub gələn Hindistan vətəndaşı 1992-ci il təvəllüdlü Chaudhari Ravindrakumar Joitabhainin Azərbaycan Respublikasına elektron vizasının saxta olması aşkarlanıb. 

Saxlanılan şəxslər barəsində müvafiq təd­bir­lər görülüb.