Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) rektoru, professor Mustafa Babanlı Ufa Dövlət Neft Texniki Universitetinin (UDNTU) rektoru, akademik Ramil Baxtizin ilə görüşüb.

Unikal.org xəbər verir ki, əməkdaşlıq əlaqələrinin müzakirə olunduğu görüşdə ADNSU-nun rektoru, professor Mustafa Babanlı mübadilə prosesindən və yeni layihələrdən danışıb. UDNTU ilə sıx əməkdaşlığın olduğunu diqqətə çatdıran rektor M.Babanlı yeni elmi əməkdaşlıq imkanlarından söz açıb. 

ADNSU-da olmaqdan və akademik Azad Mirzəcanzadənin 90 illik yubileyinə həsr olunmuş tələbələrin 67-ci elmi texniki konfransında iştirakdan məmnun olduğunu deyən UDNTU-nun rektoru Ramil Baxtizin yeni elmi əməkdaşlığın əhəmiyyətinə toxunub.

Daha sonra R.Baxtizin universitetin tarix muzeyində və Azad Mirzəcanzadə adına kabinetdə olub, fəxri qonaqlar kitabına ürək sözlərini yazıb.