Çox zaman müəyyən hadisələr qarşısında aciz qalır, göz yaşlarımızı saxlaya bilmirik. Bədbəxt olduğumuzu düşünür, amma bədbəxtliyimizin səbəbini bilə bilmirik. Və gücümüz göz yaşlarına çatır, ağlayırıq.
İnsan ilk dəfə doğulduğunda müxtəlif səbəblərlə - qarnının doyması, rahatlığının təmin edilməsi məqədilə ağlayır. Böyüdükdən sonra isə bütün insanlar kədərləndiyi, ağrı-acı hiss etdiyi zaman göz yaşı axıdır. Ümumiyyətlə, mütəxəssislərin fikrincə, hər bir insan bütün həyatı boyu 250 milyon dəfə ağlayır. Bəs, gülmək kimi ağlamağın da faydaları varmı?
Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, bir neçə dəqiqə göz yaşı tökməyin sağlamlıq baxımından bir çox müsbət təsiri var. Çünki, ağlamaq beynimizi mənfi enerjilərdən təmizləyir, yeni və müsbət enerjilərə qapı açır. Göz yaşı tökmək, gözə rəng verən təbəqəni rahatlaşdırır eyni zamanda insanların o andakı emosional vəziyyətinizi başa düşməsini təmin edir.
Romantik göz yaşları manqan və prolaktin hormanları ehtiva edir.
Ağlamaq bizi içimizdəki narahatlıqlardan uzaqlaşdırır. Ağladıqdan sonra ürəyimiz rahatlaşır.
Mütəxəssislər hesab edirlər ki, göz yaşları vasitəsilə zəhərli hesab edilən hormanlar ifraz edilir.
Ağlayarkən, göz yaşlarınızın eyni zamanda bakteriyaları öldürdüyünü bilirdinizmi? Göz yaşı, bizi bir çox təhlükəyə qarşı qoruyan antimikrobiyal qüvvəyə malikdir. Çünki göz yaşının tərkibindəki lizozim, bakteriya hücreyrəsinin divarlarını yox edərək bəzi bakteriyaları öldürür.
Göz yaşı, buynuz qişasında incə bir təbəqə yaradaraq daha aydın görməmizi və buynuz qişasının qidalanmasını təmin edir. Buna görə də görmə qabiliyyətimiz artır. Göz yaşı az olan insanlarda, görmə zəifliyi və yanma kimi hallar müşahidə edilərkən, ağlayan insanlarda belə əlamətlərə tez-tez rast gəlinmir.
Unutmayın ki, ağlamaq gücsüzlük əlaməti deyil. Ağlayın ki, sakitləşəsiniz, ürəyiniz rahatlıq tapsın. Ağlayın ki, bədəninizdə olan zəhərli hormonlar təmizlənsin.