Əmək və Əhalinin Sosial Müdafiəsi Naziri Sahil Babayev Bakı şəhəri üzrə 10 tibbi-sosial ekspert komissiyalarının (TSEK) ləğv edilməsi ilə bağlı əmr imzalayıb.
Unikal.org-un əldə etdiyi məlumata görə, nazirin digər müvafiq əmri ilə Bakı şəhəri üzrə 10 tibbi-sosial ekspert komissiyaları (TSEK) bundan sonra 5 tibbi-sosial ekspert komissiyası kimi fəaliyyət göstərəcək.
Səbail, Yasamal, Nəsimi,
Binəqədi, Qaradağ,
Nizami, Xətai, Nərimanov,
Xəzər, Pirallahı,
Suraxanı, Sabunçu.
Qeyd edək ki, sözügedən xəbəri Unikal.org-a Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin mətbuat katibi Fazil Talıblı təsdiqləyib.
Amid Əyyuboğlu