Dekabrın 14-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) akademik Azad Mirzəcanzadənin 90 illik yubileyinə həsr olunmuş tələbələrin 67-ci elmi texniki konfransının yekun iclası keçirilib.

Unikal.org xəbər veirr ki, iclasda çıxış edən ADNSU-nun rektoru, professor Mustafa Babanlı akademik Azad Mirzəcanzadənin elmi irsindən və Azərbaycan elminə verdiyi töhfələrdən danışıb. Dünya şöhrətli akademikin 400-dən çox elmlər namizədi və 110 nəfərdən çox elmlər doktoru yetişdirdiyini deyən rektor M.Babanlı belə bir görkəmli alimə həsr olunan elmi konfransın xüsusi əhəmiyyət daşıdığını bildirib. Rektor M.Babanlı, həmçinin tələbələrin məruzələrindən, hazırlıq səviyyələrindən və konfransın yekun hesabatından danışıb. 

Sonra Geologiya və geofizika bölməsinin sədri, dosent Südabə Əliyeva, Qaz-neft mədən bölməsinin sədri, dosent Malik Abdullayev, Kimya texnologiyası və sənaye ekologiyası bölməsinin sədri, professor Keykavus Əcəmov, Neft-mexanika bölməsinin sədri, dosent Cəmaləddin Aslanov, Energetika bölməsinin sədri, professor Əskər Kuliyev, İnformasiya texnologiyaları və İdarəetmə bölməsinin sədri, dosent Faiq Hacıyev, İqtisadiyyat və Menecment bölməsinin münsifi, dosent Zaur Əsədov, İctimai elmlər bölməsinin sədri, dosent Yaşar Əhmədov və Xarici dillər bölməsinin sədri Nuriyyə Şirinova konfransın yekununa dair hesabat  nitqi ilə çıxış ediblər.

Konfransın sonunda bakalavr və magistr səviyyələri üzrə I, II və III yer tutan tələbələrə diplomlar təqdim olunub.