Unikal.org  dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope" və "Astrology"yə istinadən bu günün qoroskopunu təqdim edir.

Qoç - günün ilk yarısı məhsuldar keçəcək. Səfər və ya ezamiyyət uğurlu alınacaq. Təşəbbüskar olun, məsuliyyət tələb edən qərarlarda vasvasılıq etməyin. Emosiyaların asanlıqla nəzarətdən çıxdığını unutmayın.

Günün ikinci yarısında peşəkar müstəvidəki fəaliyyətinizi aktivləşdirin.

Yaxınlarınız sizi mübahisələrə cəlb edəcəklər. Onlar kiminsə tərəfini tutmağınızı istəyirlər. Belə fellərə uymayın. İncikliyi unudun, ötənlərin yükündən qurtulun.

Axşam saatlarında dostlar qəflətən qonaq gələ bilərlər.

Buğa - kiçik problemlər və uyarsızlıqlar sizi uzaqlara yollanmağa, tənha qalmağa vadar etməsin. Bəzi adamların yaramaz hərəkətləri ilə qarşılaşanda hamıdan və hər kəsdən narazı qaldığınızı göstərməyə dəyməz.

Günün ikinci yarısında yaxınlarınızla ünsiyyətdə çətinliklər yarana bilər. Münasibətləri yalnız səmimi söhbət, müzakirə, əməkdaşlıq cəhdləri yaxşılaşdıra bilər. Axşam saatlarında ailə üzvlərindən birinin problemlərini həll etmək gərəkdir.

Çətinlikləri aradan qaldırın.

Əkizlər - cari məsələlərin həlli və qayğıların çözülməsi aktiv fəaliyyət tələb edir. Ən adi məsələlərdə müşkül durum yarana bilər. Təmkinli olun, soyuqqanlı davranın. Bələd olmadığınız insanla söhbətdə emosional fərd təsiri bağışlamayın.

Günün ikinci yarısında ailə qayğıları əlavə zaman və qüvvə tələb edir. Axşam saatlarını evdən kənarda, dostlar və yaxınlarınızla keçirin. Romantik şam yeməyi sizdə məmnunluq hissi yaratmayacaq. İllüziyalara qapılmayın.
 

Xərçəng - çoxsaylı imkanlara və cazibədar şanslara rəğmən bir işi seçin. Bütün diqqəti həmin işin başa çatdırılmasına, effektiv görülməsinə yönəldin. Diqqətli olun. Adi günlərdə səbrinizin çatmayacağı mürəkkəb, intellektual prosesi tamamlandırın.

Günün ikinci yarısında yaşamdakı situasiyalarla bağlı yaxınlarınızın mövqeləri fərqli ola bilər. Bu səbəbdən də haqlı olduğunuzu hər vəchlə sübuta yetirməyə çalışmayın. Belə davranış gərəksiz qarşıdurmalara və ruhi müvazinətin pozulmasına səbəb ola bilər.
 

Şir - düşünülmüş, səbatlı qərarların reallaşdırılması üçün yaxşı zamandır. İşlərdə ləngimələr və gecikmələr ola bilər. Gəlirlərdə azalma müşahidə olunacaq. Enerji və həddən artıq vaxt tələb edən layihəyə başlamaq üçün münasib zaman deyil.

Ticarət, kommersiya, sahibkarlıq müstəvilərində sayıq olun.

Günün ikinci yarısında mənasız və səbəbsiz inadkarlıq münasibətlərdə problemlər yarada bilər. Ən yaxın bildiyiniz insandan laqeyd, başdansovdu cavablar eşidəndə sinirlənə bilərsiniz. Halbuki, dediklərinizi normal kəlmələr sanırsınız.

Qız - yaşam ritmini köklü şəyildə dəyişməyin. Mütləq şəkildə uğur əldə etmək üçün sizə xas olmayan hərəkətlər etməyin. Özünüzə sadiq qalın, amma mümkün problemi qulaqardına vurmayın. Yaxşı hazırlaşın, yalnız düşünülmüş qərarlar verin. Yaşam arealında qayda yaradın, diqqətinizi cəmləyin.

Günün ikinci yarısında sərvaxt davranın. Bu gün ailə qayğılarını yaxınlarınıza həvalə edə bilməyəcəksiniz. Məişət problemini özünüz həll edin. Qətiyyətli olun, təmkinli və əzmli davranın.
 

Tərəzi - danışıqlar və müzakirələr aparmaq üçün yaxşı zamandır. Planlarınız barədə addımbaşı danışmayın. Bununla belə, etibarlı yardımçı və köməkçi aramalısınız.

Planları dəyişməyin. Görüləsi işlərin siyahısını hazırlayın, həmin siyahıya bənd-bənd riayət edin.

Günün ikinci yarısında diqqətli olun. Önəmli məqamları nəzərdən qaçırmayın.

Yaxın perspektivə hesablanmış işlərdə yaxınlarınız sizi dəstəkləyəcəklər. Yaşam arealında təmir və rekonstruksiya aparmaq olar.

Axşam saatlarını sakit keçirməyə çalışın. Romantikaya ifrat aludə olmayın.

Əqrəb - maliyyə hesabatları və işgüzar danışıqlar üçün yaxşı zamandır. Səhiyyə sahəsində çalışırsınızsa, işləriniz lap əla olacaq. Məhkəmə-hüquq problemlərini həll etmək, iddialara cavab vermək olar. Uzunmüddətli istifadə üçün texnikanın alışını ertələyin.

Günün ikinci yarısnıda bədxərclik etməyin. Yaxınlarınızla münasibətləriniz arxa plana keçəcək. Sevdiyiniz insanın soyuqqanlı davranışından inciməyin, nədənsə şübhələnməyin.

Hər şey qarşılıqlıdır. Bunu unutmayın.

Oxatan - bəzi məsələlər dəqiqlik, müəyyənlik tələb edir. Başladığınız işi yaxşı yerinə yetirmək üçün nə etməli olduğunuzu tam anlamalısınız. Sual verməkdən, nə isə soruşmaqdan çəkinməyin. Detallarla təfərrüatları qulaqardına vurmayın.

Günün ikinci yarısında problemlərin həllinə diqqətli yanaşma peşəkar olduğunuzu göstərəcək.

Şəxsi münasibətlərdə də prinsiplərinizə sadiq olun. Sevdiyiniz insanla təmaslarda mümkün qədər həssas, anlamlı olun. Axşam saatları romantik hisslər vəd edir.

Oğlaq - tədqiqat, elm və ya səhiyyə sahəsində çalışırsınızsa, uğurlu situasiyadan yararlanmağa cəhd göstərin. Addım atmaq və ya qərar verməzdən əvvəl yaxşıca düşünün. Səlis, dəqiq qərarlar verin. Qeyri-formal müzakirələr üçün yaxşı zamandır.

Günün ikinci yarısında sizdən məsləhət, yaxınlarınızdan birinin problemlərinin həllində fəal iştirak tələb olunacaq.

Kimsədən nə isə uymayın, istəməyin. Sevdiyiniz insandan adekvat cavab almaq asan deyil. Ailə ilə bağlı vədlərinizi unutsanız, yaxınlarınız kəskin narazılıqlarını bildirəcəklər.

Dolça - məsuliyyətsiz davranış və düşünülmədən deyilən sözlər yaxın ətrafınızdakı insanlarla münasibətlərinizi gərə bilər. O insanlar dediklərini unutmayacaqlar.

Uğura kor-koranə şəkildə bel bağlamayın.

Rasional olun. Problemlərin həllinə konstruktiv yanaşın.

Günün ikinci yarısında yaxın ətrafınızdakı insanların problemlərinin həllinə ifrat vaxt ayırmayın. Axşam saatlarında əyləncəyə yollanmaq olar. Səhhətinizə fikir verin. Enerji potensialı səviyyəsinin aşağı düşməsi əhvalınıza təsir edəcək.

Balıqlar - uzunmüddətli işə və ya layihəyə başlamaq üçün çox əlverişli zamandır. Xərcləri nizama salın. Təşkilati və istehsalat məsələlərini həll edin. İşdə rəhbərliklə ünsiyyətdə hiyləgərlik etməyin.

Karyeranızın asılı olduğu insanla səmimi danışın.

Günün ikinci yarısında etibar etdiyiniz insanla problemləri müzakirə etsəniz, anlayışla qarşılanacaqsınız.

Gündəlik işləri və təsərrüfat qayğılarını dəyər verdiyiniz insanla çözməyə çalışın. Ailə üzvləri ilə səmimi olun.