Cəlilabad rayonunda yaşı 4000-4500 il olan iki ədəd büt aşkar edilib.
Unikal.org-un report-a istinadən məlumatına görə, totemlərlə bağlı olan bütlər rayonun Şatırlı kəndində tapılıb.
Tarixçi Elşad Əmənovun sözlərinə görə, tapıntıların üzərində runik yazı tipli işarələr var.
Tapıntılar Cəlilabad rayon Tarix-Diyarşünaslıq Muzeyinə təhvil veriləcək.
Daha əvvəl Yevlaxda eramızdan əvvələ aid “Bərəkət ilahəsi” tapılıb.