6 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları tərəfindən Qəbələ rayonunda keçirilən reyd zamanı Qəbələ Meşə Mühafizəsi və Bərpası Müəssisəsinin Vəndam Meşəbəyliyinin 4 saylı dolayında atəş səsləri eşidilib.
Bu barədə Unikal.org-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən bildirilib.
Xəbərdə qeyd edilir ki, 6 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin dolaya yaxınlaşan əməkdaşları bir baş dişi maralın vurulduğunu qeydə alıblar. Brakonyerlərin şəxsiyyətlərinin müəyyən edilərək, məsuliyyətə cəlb olunmaları üçün Qəbələ rayon Polis Şöbəsinə müraciət edilib.
Adı Azərbaycan Respublikasının “Qırmızı Kitabı”na düşən maralı ovlayan şəxslərin kimliyinin müəyyən edilməsi istiqamətində təhqiqat aparılır.
Daha əvvəl Ekologiya və Təbii Sərvətlər Nazirliyi ov icazəsinə görə turizm şirkətlərinə xəbərdarlıq edib.