Xəbər verdiyimiz kimi, dekabrın 17-də Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev Sabunçu rayonunda hərbçilərə yeni mənzillərin verilməsi mərasimində iştirak edib.
Unikal.org xəbər verir ki, müdafiə naziri, general-polkovnik Zakir Həsənov və müdafiə nazirinin birinci müavini - Silahlı Qüvvələrin Baş Qərargah rəisi, general-polkovnik Nəcməddin Sadıkov Prezident İlham Əliyevə raport verdilər.
Prezident İlham Əliyev hərbçilərin bir qrupuna mənzillərin orderlərini təqdim edib. Prezident hərbçilərin bir qrupuna mənzillərin orderlərini təqdim etməsi sevinclə qarşılanıb.
Ölkə başçısı hərbiçilərin ailələri ilə birlikdə şəkil çəkdirib və səmimi söhbət edib.
Həmin tədbirdən görüntüləri sizlərə təqdim edirik: