2018-ci ilin on ayında (yanvar-oktyabr) Azərbaycanda 48186 ölüm halı qeydə alınıb.
Bu barədə Unikal.org-a Dövlət Statistika Komitəsindən məlumat verilib. Bildirilib ki, ölkə üzrə ölüm səviyyəsi əhalinin hər 1000 nəfərinə 5,9 təşkil edib.
Qeyd edək ki, ilin əvvəlindən Azərbaycan əhalisinin sayı 69 min 645 nəfər artaraq noyabr ayının 1-i vəziyyətinə 9 milyon 967 min 730 nəfərə çatıb.