Bu il dekabrın 1-i vəziyyətinə ilkin məlumatlara əsasən, iqtisadi fəal əhalinin sayı 5137,6 min nəfər olub, onlardan 4884,1 min nəfərini məşğul əhali təşkil edib.
Dövlət Statistika Komitəsindən Unikal.org-a verilən məlumata görə, cari il noyabrın 1-i vəziyyətinə muzdla işləyənlərin sayı 1552,8 min nəfər, o cümlədən iqtisadiyyatın dövlət sektorunda 884,7 min nəfər, qeyri-dövlət sektorunda isə 668,1 min nəfər təşkil edib. İqtisadiyyatın neft sektorunda 33,9 min nəfər, qeyri-neft sektorunda isə 1518,9 min nəfər çalışıb.
Müəssisə və təşkilatlarda muzdla çalışan işçilərin 23,9 faizi məhsul istehsalı sahələrində, o cümlədən 7,2 faizi tikintidə, 7,0 faizi emal sənayesində, 3,3 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq sahələrində, 2,5 faizi su təchizatı, tullantıların təmizlənməsi və emalı sahələrində, 2,2 faizi mədənçıxarma sənayesində, 1,7 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sahələrində məşğul olub.
Xidmət sahəsində işləyənlərin 21,4 faizi təhsil, 18,6 faizi ticarət; nəqliyyat vasitələrinin təmiri, 8,5 faizi əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi, 7,0 faizi dövlət idarəetməsi və müdafiə; sosial təminat, 4,6 faizi nəqliyyat və anbar təsərrüfatı, 3,5 faizi istirahət, əyləncə və incəsənət, 3,4 faizi peşə, elmi və texniki fəaliyyət, 1,9 faizi inzibati və yardımçı xidmətlərin göstərilməsi, 1,6 faizi informasiya və rabitə, 1,6 faizi maliyyə və sığorta fəaliyyəti, 1,5 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşə, 1,5 faizi daşınmaz əmlakla əlaqədar əməliyyatlar və 1,0 faizi digər sahələrdə xidmətlərin göstərilməsi sahələrində çalışıb.