Azərbaycan Turizm və Menecment Universiteti, o cümlədən ATMU-nun beynəlxalq əlaqələr şöbəsi təhsil,tələbə-müəllim mübadiləsi,təcrübə və peşəkar kadr hazırlığı prosesinə təkan verən əməkdaşlıq niyyətlərinin reallaşmasında hər zaman maraqlıdır.

Mətbuat xidmətindən Unikal.org-a verilən məlumatda bildirilir ki, Mövlanə Mübadilə proqramına uyğun olaraq  ali təhsil müəssisəsinin tələbələri yeni yaranan əməkdaşlıq sayəsində Türkiyə Respublikasının Ankara, Hacettepe, İstanbul və Düzcə universitetlərində turizm, biznes idarəçiliyi, qida mühəndisliyi, müzeyşünasliq və nəqliyyat servisi ixtisasları üzrə təhsil ala biləcəklər.

Məlumatda həmçinin xüsusi vurğulanır ki, Dövlət Turizm Agentliyinin dəstəyi ilə ATMU “Erasmus+” beynəlxalq təhsil proqramı çərçivəsində Türkiyə Respublikasının Gelişim universiteti ilə də əməkdaşlıq edəcək. Məlumdur ki, ATMU beynəlxalq əlaqələr sferasında yeni əməkdaşlıq çevrəsini genişləndirməklə bərabər, beynəlxalq hədəflər platformasında ikili diplom layihələrinin həyata keçirilməsini başıca istiqamətlərdən biri kimi dəyərləndirir.