Azəbaycan Turizm və Menecment Universitetinin (ATMU) “Biznes idarəçiliyi” fakultəsi iqtisadiyyat kafedrasının kollektivi ölkəmizin sənaye nümayəndələri ilə müştərək əməkdaşlığa xüsusi önəm verir.

Unikal.org xəbər verir ki, Azərbaycan Turizm və Menecment Universiteti və Maliyyə Bazarlarına Nəzarət Palatası Təlim və Maarifləndirmə Mərkəzinin təşkilatşılığı ilə keçirilən növbəti təlim “Karyera planlaması və uğurlu müsahibənin sirrləri” adlanır. Ali təhsil müəssisəsində.təşkil olunan tədbiri Təlim və Maarifləndirmə Mərkəzinin direktoru Anar Həsənov aparıb. Fikir mübadiləsi şəraitində keçirilən təlimdə hər bir  tələbə və məzunun işlə təminolunma prosesində  qarşılaşdıqları çətinliklərin aradan qaldırılması yolları göstərilib.. Təlim proqramında dəqiq karyera planlaması ,həmin prosesin təşkili və idarə edilməsi, CV formasının tərtibi, müsahibədə xarici görünüş, davranış və rəftar qaydalarından ətraflı bəhs olunub. Təlimin sonunda A.Həsənov müəllim tələbələrin çoxsaylı suallarını cavablandırıb. Fəal iştirakçılara sertifikatlar verilib.