Bu gün Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) əsas korpusunda universitetin Tələbə Həmkarlar İttifaqı Komitəsi üzvlərinin təşəbbüsü ilə könüllü qanvermə aksiyası keçirilib. 

Unikal.org xəbər verir ki, Azərbaycan Talassemiya Federasiyası tərəfindən dəstəklənən “Donor günü” adlanan aksiyada universitetimizin tələbə və müəllim heyəti böyük həvəslə və könüllü iştirak edib. Aksiyaya Elmi-Tədqiqat Hemotologiya və Transfiziologiya İnstitutunun Mərkəzi Qan Bankı tərəfindən ezam olunan xüsusi tibb briqadası nəzarət edib. Xüsusi tibb briqadasının üzvləri hər bir donorun sağlamlığını yerindəcə müəyyən edərək qan analizi götürülməsinin mümkünlüyünü müəyyənləşdirir.  

Qeyd edək ki, AzMİU kollektivi hər il qana ehtiyacı olan insanların köməyinə çatmaq üçün bu nəcib və humanist xarakterli aksiyaya qoşulur.