Mədəniyyət Nazirliyi və Azərbaycan Milli Kitabxanası tərəfindən nəşr olunub.
Unikal.org xəbər verir ki, təqdimatda mədəniyyət naziri Əbülfəs Qarayev, xalq yazıçısı Elçin Əfəndiyev, Azərbaycan xarici işlər nazirinin müavini, ADA Universitetinin rektoru Hafiz Paşayev və bir sıra elm xadimləri iştirak ediblər.
Ə.Qarayev çıxışında bildirib ki, bu il müddətində Mir Cəlal Paşayevin fəaliyyəti ilə bağlı bir neçə silsilə tədbirlər keçirilib: "Mir Cəlal Paşayevin fəaliyyəti nəinki Azərbaycan xalqı tərəfindən hörmətlə qəbul olunur, bəşəriyyət tərəfindən onun qoyduğu irs müəyyən elmi araşdırmalara, tədqiqatlara səbəb olub".