Qoç - çox çətin gündür. Çalışdığınız kollektivdə əks cins mənsubu ilə münasibətləriniz gəriləcək. Rəqiblər fəallaşıblar. Ehtiyatlı olun. Sərvaxt davranın, ətrafınızda baş verən hadisələri diqqətlə izləyin.

Günün ikinci yarısında sizdən sui-istifadə etməyə can atanlar olacaq. Yaxşı bələd olmadığınız insana etibar etməyin. Yeni tanışlarla ünsiyyətdə sayıq olun.

Niyyət və istəklərinizi dəqiqləşdirin. Yaxın gələcəklə bağlı planlarınızı müəyyənləşdirin. Gərəksiz hisslər və mənasız əlaqələrdən qurtulun. Əlaqələr sizi qayğılandırmamalıdır.

Buğa - günün ilk yarısında işlər pis olmayacaq. Önəmli məsələnin həllinə başlayın və onu vaxtında tamamlayın. Pullarınızı məntiqlə xərcləyin. Çoxdan başladığınız, amma yarımçıq qalmış layihəni başa vurmağa çalışın.

İşdə aktiv olun, işgüzar insan olun.

Günün ikinci yarısında yaxın ətrafınızdakı insanlarla təmaslarda aktiv olun. Axşam saatları romantik hisslər vəd edir. Sevdiyiniz insanla incə davranın. Könül qırmayın.

Əkizlər - birgə fəaliyyətdə rolunuzu və öhdənizə düşən işləri dəqiq planlaşdırın. Belədə nüfuzunuz daha da artar. Nəzərdə tutulmamış gəlir istisna deyil. Yaradıcı insanlar üçün uğurlu zamandır. Məharətinizi nümayiş etdirə bilərsiniz. Uzunmüddətli səfər planlaşdırmayın.

Günün ikinci yarısında enerji potensialınızın səviyyəsi aşağı düşəcək. Aktiv işlər planlaşdırmayın. Axşam saatlarını ailə üzvləri ilə keçirin. Qayğı və məhəbbətə ehtiyac duyacaqsınız. Diqqətli, qayğıkeş olun.

Xərçəng - peşəkar fəaliyyət müstəvisində irəliləyiş üçün münasib zamandır. Tərəfdaş və şəriklərinizi yeni ideyanızla tanış edin. Məntiqli danışın, laübəli fikirlər söyləyin. Şəxsi əmlakla bağlı məsələlərdə sayıq davranın.

Günün ikinci yarısında yadlar əmlakınıza və maraq arealınıza müdaxilə etmək istəyəcəklər. Müqavimətiniz sərt, ciddi olmalıdır.

Ailə qayğılarına vaxt ayırın. Köhnə əşyalarla yanaşı, mənasını itirmiş əlaqələrdən qurtulmaq zamanıdır. Sevdiyiniz insanla təmaslarda qayğıkeş, həssas olun. Kobudluq etməyin. Güclü emosiyalar yalnız zərər vura bilər.

Şir - ən çətin işlərin öhdəsindən asanlıqla gələ bilərsiniz. Karyera müstəvisində irəliləməyə can atın. İşdə rəhbərliyə müraciət etmək, danışıqlar aparmaq mümkündür. Nüfuzunuzu artırmaq üçün aktiv çalışın.

Praqmat olun. Maliyyə məsələlərində diqqətli davranın.

Günün ikinci yarısında yaxın ətrafınızdakı insanlardan biri sizə olan hisslərini açıqlayacaq. Əlaqələri intensivləşdirin. Təmaslarda narahatlıq olarsa, soyuqqanlı olun. Axşam saatları romantik görüşlər üçün yaxşıdır. Fəqət, qeyri-adi nə isə gözləməyin.

Normal istirahət etməyə çalışın.
 

Qız - günün ilk yarısından effektiv hesab etməyə çalışın. Ən müxtəlif sahələrdə fəaliyyət üçün əlverişli zamandır. Ən yaxşı məziyyətlərinizi nümayiş etdirin. Bilik və bacarıqlarınızı göstərin. Yaxın ətrafınızdakı insanlar mənəvi dəstək və maddi yardım istəyi ilə sizə müraciət edəcəklər.

Günün ikinci yarısında qarşı tərəfdə özünüzlə bağlı xoş təəssürat yaratmaq üçün izafi çalışmağa ehtiyac yoxdur. Təbii davranmaq yetər. Maraqlandığınız insanı axşam saatlarında şam yeməyinə dəvət edə bilərsiniz.

Tərəzi - sağlam praqmatizmdən kənarlaşmasanız, işlərin öhdəsindən gələcəksiniz. Özünüzdən bədgüman olmayın. Xüsusi diqqət tələb edən çətin işlərə başlaya bilərsiniz. Təşəbbüskar olmaqdan çəkinməyin. Bununla belə, reallığı dürüst qiymətləndirin.

Günün ikinci yarısında həddən artıq ağır işə başlayaraq özünüzü yormayın. Səhhətinizin qeydinə qalın.

Sakit davranın, aramla çalışın. Dostlarla görüş, habelə ailə işlərinin həlli üçün yaxşı zamandır. Uzunmüddətli münasibətlər arzulayırsınızsa, tələsin. Sevdiyiniz insan və ya dəyər verdiyiniz şəxs sizdən fəallıq gözləyirlər.

Əqrəb - işgüzar sahədəki maneələri sürətlə dəfə edə bilərsiniz. Maddi durumunuzu yaxşılaşdırmağa can atın. Yardıcılıq potensialınız yüksəkdir. Maraqlı ideyalarınızı həyata keçirməyə çalışın. Planlaşdırılmamış səfərlərdən biri effektiv və mühüm ola bilər.

Günün ikinci yarısında tərəfdaş və ya şəriklərlə əməkdaşlıqda önəmli nüansları unutmayın. İlk baxışdan kiçik, xırda detal təsiri bağışlayan nüanslara fikir verin. Yanınızdakı insanların davranışlarına fikir verin.

Axşam saatlarında ünsiyyət həm faydalı, həm də xoş ola bilər.

Oxatan - günün ilk yarısındakı əlverişli şərtləri dəyərləndirin. Sürətli nəticə əldə etməyə can atmayın. Enerjinizi konkret əməllərə və fəaliyyətə yönəldin. Peşəkarcasına işləyin, aldığınız sifarişləri unutmayın. Vədləri qulaqardına vurmayın. Maliyyə məsələlərində gərginlik yaranacaq.

Günün ikinci yarısında soyuqqanlı olun, əsassız iradlar səsləndirməyin. Düşünülməmiş kəlmələrin fəsadları ağır ola bilər. Axşam saatlarındakı romantik təmaslar məmnunluq hissi yaradacaq. Evdən kənarda, sakit məkanda istirahət edin.

Oğlaq - yaradıcılıq fəaliyyəti üçün əlverişli zamandır. Qeyri-standart məsələlərin öhdəsindən gəlin. Dürüst qərarlar qəbul edin. İnformasiya az olsa da, çətinliklərin həllində ənənəvi olmayan vasitələrdən istifadə edə bilərsiniz.

Rutin işləri qulaqardına vurmayın. Xırdalıqlara və detallara fikir verin.

Günün ikinci yarısında işlərdə qəfil dəyişikliklər ola bilər. Kiçik olaylar planlaşdırılmış işləri başa vurmağa maneələr yaradacaq. Evdə hər şey normaldır.

Axşam saatlarında ailə üzvləri ilə ünsiyyət əhvalınızı yaxşılaşdıracaq.

Dolça - işgüzar müstəvidə sizə gərəkli ola biləcək, yardım edəcək insanları öz tərəfinizə cəlb edin. Belədə daha ciddi nəticələrə nail olmaq, resurslarınızdan effektiv yararlanmaq imkanlarınız artacaq. Hisslərinizin əsiri olmayın, illüziyalara qapılmayın. Yanlış qərar verməyin.

Günün ikinci yarısı rəqiblərdən biri ilə münasibətləri normallaşdırmaq üçün sərfəli zamandır. Sizdən incimiş insanın könlünü alın.

Çoxdan bəri görmək istədiyiniz, darıxdığınız şəxslə axşam saatlarında bir araya gələ bilərsiniz.

Normal istirahət etməyə çalışın.
 

Balıqlar - günün ilk yarısı münasib və əlverişli zamandır. Kommersiya fəaliyyəti ilə məşğul olmaq mümkündür. Maliyyə məsələlərini həll edin. Pulla bağlı məqamlarda diqqətli olun. Alış-verişdə sayıq davranın. Sərmayələr gəlir gətirəcək.

Günün ikinci yarısında yaxınlarınızla münasibətlərdə fikir ayrılıqları yarana bilər. Axşam saatlarına qədər təmaslarda harmoniyanın bərpa olmasına çalışın. Yaşam potensialınızın səviyyəsi yüksəkdir. Səhhətinizdə problemlər yaranmayacaq.

Yorğunluq hiss etməyəcəksiniz.