“Azərbaycanda aparılan iqtisadi islahatlar, Şimal-Cənub və Şərq-Qərb, nqəliyyat dəhlizlərinin yenidən qurulması, neft sektorunda önəmli layihələrin icrası ticarətin asanlaşdırılmasına xidmət edir”.

Unikal.org-un məlumatına görə, bunu Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev bu gün Bakıda keçirilən “Xarici ticarət iştirakçılarının forumu: “Yaşıl Dəhliz” buraxılış sistemi” mövzusundakı tədbirdə bildirib.

Onun sözlərinə görə, “Yaşıl Dəhliz” buraxılış sistemi Prezident İlham Əliyev sahibkarlara və dövlət məmurlarına yeni il qabağı hədiyyəsidir: “Bu sistem özünü idarəetməyə yol açır. Sahibkarlar gələn il fevralın 1-dən idxal-ixrac əməliyyatlarını gömrük məmurun görmədən, ofislərindən apara biləcəklər. Bu da şəffaflığın təmin olunması, məmur-vətəndaş münasibətlərinin minumuma endirilməsi, vaxt məhdudiyyətinin aradan qaldırılması, logistik xidmətlərə çəkilən xərclərin 0-a endirilməsi deməkdir”.