Moskvanın və bütün Rusiyanın patriarxı Kirill prezident İlham Əliyevi doğum günü münasibətilə təbrik edib.
Unikal.org xəbər verir ki, patriarx təbrik mesajında bildirib:
“Uzun illərdir istedadlı rəhbər kimi Azərbaycan xalqının mənafeyi naminə çalışırsınız. Rəhbərlik etdiyiniz respublikanın çiçəklənməsi və dinamik inkişafı qayğısına qalırsınız”.
Azərbaycan prezidentinə Rus Pravoslav Kilsəsinə diqqətinə və Bakı-Azərbaycan yeparxiyasının fəaliyyətinə görə minnətdarlığını bildirən patriarx ona can sağlığı və uğurlar arzulayıb:
“Ümid edirəm ki, əməkdaşlığımız bundan sonra da qarşılıqlı fayda verəcək , Zaqafqaziya regionunda dinlərarası və millətlərarası əlaqələrin möhkəmləndirilməsi üçün ənənəvi mənəvi-əxlaqi dəyərlərin inkişafına imkan yaradacaq”