2019-cu ilin ilk Günəş tutulması qismən olacaq və yanvarın 6-na təsadüf edəcək.
Azərbaycan Milli Elmlər Akademiyasından Unikal.org-a verilən məlumata görə, bu təbiət hadisəsi (qismən tutulma) Bakı vaxtı ilə saat 03:34-də başlayacaq və 07:49-da başa çatacaq.
Günəş tutulması Şimal-Şərqi Asiya, Sakit okeanının şimal hissəsi - Vladivostok, İrkutsk, Maqadan, Ulan-Bator, Pekin və digər ərazilərdən aydın görünəcək.