Azərbaycan Rusiyada ticarət evləri şəbəkəsi formalaşdırmaq niyyətindədir.
Unikal.org xəbər verir ki, bunu trend-ə Azərbaycanın Rusiyadakı ticarət nümayəndəsi Ruslan Əliyev deyib.
Onun sözlərinə görə, hazırda texniki-iqtisadi əsaslandırma işləri hazırlanır ki, bu, təsdiq olunduqdan sonra işlər daha da fəal həyata keçiriləcək: “İstisna deyil ki, işlər dövlət və özəl tərəfdaşlıq əsasında icra olunacaq və bununla əlaqədar biz bu prosesə biznesmenlərimizi cəlb edəcəyik. Yaxın perspektivdə isə biz Azərbaycanın şərab və çay evlərini açmağı planlaşdırırıq. Bu halda söhbət şərab və çay məhsullarının satılacağı butiklərdən gedir”.
Bu evlərin yerləri barədə danışan R.Əliyev deyib ki, bu istiqamətdə daşınmaz əmlak agentlikləri ilə işlər aparılır, təkliflər öyrənilir: “Şərab və çay evlərininn Moskva, Yekaterinburq və Sankt-Peterburqda açılması nəzərdə tutulur. Azərbaycanın çay məhsulları Rusiya bazarında bir neçə ildir ki, təmsil olunur. Şərab məhsullarına gəldikdə isə, ucuz şərab seqmentindən fərqli olaraq yerli premium tipli şərab Rusiya bazarında bri az əvvəl peyda olub”.