Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu yanvar ayı üzrə əmək pensiyalarının maliyyə təminatının həyata keçirilməsi işlərinə başlayıb.
Unikal.org xəbər verir ki, nazirliyin yaydığı rəsmi məlumata görə, artıq Bakı və Sumqayıt şəhərləri, Abşeron rayonu və Naxçıvan MR üzrə əmək pensiyalarının maliyyələşdirilməsi təmin edilib.
Yaxın günlərdə isə respublika tabeli şəhərlər və əhalisi məcburi köçkün olan rayonlar üzrə pensiyaların ödənişi həyata keçiriləcək. Eləcə də, respublikanın digər rayonları, hərbi qulluqçular və xüsusi rütbəli şəxs kateqoriyasından olan pensiyaçıların pensiyalarının müvafiq qrafik əsasında maliyyələşməsi təmin ediləcək.