Çeçenistanın paytaxtı Qroznının küçələrindən biri ömrünün 75-ci ilində dünyasını dəyişmiş əfsanəvi boksçu Məhəmməd Əlinin adını daşıyacaq.

Unikal.org Virtualaz.org-a istinadən bildirir ki, bu barədə Çeçenistan Respublikasının rəhbəri Ramzan Kadırov öz Instagram səhifəsində yazıb.
"Mən bu gün Məhəmməd Əlinin xatirəsinin əbədiləşdirilməsi haqqında qərar qəbul etmişəm. Mən Qroznıda onun adına boks zalı tikdirəcəyəm və paytaxt küçələrdən biri Məhəmməd Əlinin adını daşıyacaq", - deyə respublika lideri qeyd edib.