
Füzuli rayonunda yanğın hadisəsi qeydə alınıb.
Unikal.org Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən xəbər verir ki, rayonun Aşağı Əbdürrəhmanlı kəndində kənd bələdiyyəsinə məxsus ərazidə 80 ha sahədə kol-kos yanıb. Yaxınlıqdakı biçilməmiş taxıl sahəsi yanğından mühafizə olunub.