Ötən il Azərbaycanın İrana neft ixracı azalıb.
Unikal.org xəbər verir ki, bu barədə Energetika Nazirliyinin yaydığı hesabatda bildirilir.
Bildirilir ki, il ərzində İran istiqamətinə (“NICO” şirkətinə) 164 min ton neft nəql edilib. 2017-ci illə (274,5 min ton) müqayisədə bu istiqamətdə ixracın həcmi 110 min tondan çox azalıb.