Korporativ sosial məsuliyyət (KSM) strategiyası çərçivəsində təhsilin təbliğinə xüsusi önəm verən “Nar” intellektual oyunlara dəstək olmaqda davam edir.
Unikal.org xəbər verir ki, Mobil operator intellektual yarışlar sahəsində ixtisaslaşmış “Fibonacci Games” oyununun dördüncü mövsümünün Qala gecəsinin keçirilməsinə dəstək olub.
Qeyd edək ki, oyunda dördüncü mövsümün ən güclü 16 komandası iştirak edib. Peşəkar insanlar tərəfindən hazırlanan suallar müxtəlif sahələrə aid olub. Qalib gələn komandalara “Nar” tərəfindən dəyərli hədiyyələr təqdim olunub.
“Fibonacci Games” layihəsi çərçivəsində 150-dən artıq mütəmadi və korporativ oyun keçirilib, bir sıra komanda quruculuğu (team building) və korporativ tədbirlər təşkil edilib. “Fibonacci Games” oyununun əsas iştirakçıları bank və sığorta, yüngül və ağır sənaye, kommersiya sahələrində və dövlət qulluğunda çalışan şəxslərdir.
“Nar” gəncləri stimullaşdırmaq üçün müxtəlif bilik yarışları, intellektual oyunları dəstəkləməyə çalışır. Bununla da elmə, təhsilə, biliyə olan marağı artırmağa səy göstərir və maariflənməni təşviq edir. Artıq bir neçə ildir ki, mobil operator “Breyn Rinq” intellektual yarışına baş sponsorluq edir.
“Nar”-ın KSM strategiyası haqqında ətraflı məlumatı nar.az internet səhifəsindən öyrənmək mümkündür.
“Azerfon” şirkəti (“Nar” ticarət nişanı) 21 mart 2007-ci ildə fəaliyyətə başlayaraq qısa bir müddətdə Azərbaycanda telekommunikasiya və mobil rabitə sahəsinin aparıcı şirkətlərindən birinə çevrilib. “Nar” ticarət nişanı Azərbaycanın zəngin mədəni və tarixi irsinin çağdaş həyatla bağlılığının rəmzi olaraq seçilib. “Nar” ölkədə ilk dəfə olaraq 3G texnologiyasını təqdim edib və geniş 4G şəbəkəsini abunəçilərinin istifadəsinə verib. Nar” şəbəkəsi hazırda ölkə ərazisinin 97%-ni (işğal olunmuş ərazilər istisna olmaqla) əhatə edir və 7400-dən artıq baza stansiyası ilə 2,2 milyona yaxın abunəçiyə yüksəkkeyfiyyətli xidmət göstərir.2017-ci ildə keçirilmiş mobil rabitə şəbəkələrinin müqayisəli testlərinə əsasən “Nar” şəbəkəsi mobil zəng xidmətlərinin göstərilməsi üzrə ölkədə ən yüksək nəticəyə nail olub. Sınaqları test xidmətləri üzrə müstəqil beynəlxalq şirkət olan “P3 Communications” keçirib və sınaq metodologiyası əhatəli xidmətlər üzrə müştəri təcrübəsinə əsaslanıb.